"Real"ın yarımmüdafiəçisi İsko karyerasını İtaliyada davam etdirə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb. İspan futbolçu "Yuventus"un maraq dairəsinə düşüb. İsko Turin klubunun yarımmüdafiəyə əsas alternatividi. Onun sərbəst qalma məbləği 115 milyon avro təşkil edir. Bu, transferin reallaşması üçün ən böyük əngəldi.
İskonun transferi baş tutmayacağı təqdirdə "Qoca Sinyora" diqqətini "Çelsi"nin futbolçusu Oskara yönəldəcək.
Rüstəm