Astanada təşkil olunmuş “Prezident kuboku” turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ikinci yeri tutub.
AZƏRTAC xəbər verir ki, İspaniya yığmasına qarşı keçirilmiş final oyununun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Görüşün 44-cü dəqiqəsində komandamızın kapitanı Elçin Əsədov cərimə zərbəsindən ötürülən topu başla qapıdan keçirib. On altı dəqiqə sonra rəqib komandanın kapitanı Manuel Morlanes bərabərliyi təmin edib. Qarşılaşma bu hesabla yekunlaşdığı üçün turnirin əsasnaməsinə uyğun olaraq qalib penalti seriyasında müəyyənləşib. On bir metrlik zərbələri seriyasını daha dəqiq yerinə yetirən ispaniyalı futbolçular 4:1 (ümumi nəticə – 5:2) hesabı ilə qələbə qazanaraq “Prezident kuboku” turnirinin qalibi olub.