Avropa Liqasında mübarizə aparacaq Azərbaycan klublarının I təsnifat mərhələsindəki ilk oyunlarına bütün təyinatlar açıqlanıb.
Publika.az xəbər verir ki, iyulun 2-də "İnter", "Neftçi" və "Qəbələ"nin iştirak edəcəyi qarşılaşmaları müvafiq olaraq, İspaniya, Türkiyə və İsraildən olan hakimlər briqadası idarə edəcək.
2 iyul
20:30 Laçi (Albaniya) - İnter (Azərbaycan)
Baş hakim: Karlos Del Serro Qrande (İspaniya).
Yan xətt hakimləri: Xuan Yuste Ximenes, Abraham Alvarez Kanton (İspaniya).
Dördüncü hakim: İnyaki Vikandi Qarrido (İspaniya).
Hakim-inspektor: Uno Tutk (İspaniya).
UEFA nümayəndəsi: Mixail Anaqnostu (Yunanıstan).
21:00 Neftçi (Azərbaycan) - Mladost (Podqoritsa, Çernoqoriya)
Baş hakim: Ali Palabıyık (Türkiyə).
Yan xətt hakimləri: Çem Satman, Ceyhun Sesigüzel (Türkiyə).
Dördüncü hakim: Hakan Ceylan (Türkiyə).
Hakim-inspektor: Levan Paniaşvili (Gürcüstan).
UEFA nümayəndəsi: Gennadi Skurtul (Moldova).
21:00 Dinamo (Tbilisi, Gürcüstan) - Qəbələ (Azərbaycan)
Baş hakim: Roy Raynşreyber (İsrail).
Yan xətt hakimləri: David Elias Biton, İdan Yarkoni (İsrail).
Dördüncü hakim: Zvi Levi (İsrail).
Hakim-inspektor: Siril Zimmermann (İsveçrə).
UEFA nümayəndəsi: George Fantaros (Kipr).