Bir müddət öncə Samuel Etonun transferi ilə adından söz etdirən "Antalyaspor" Ronaldinyonun da keçidini həll etmək üzrədi.
Teleqraf.com xəbər verir ki, 35 yaşlı futbolçunun Türkiyə haqlarına sahib olan Ümit Akbulut "Instagram" hesabından Ronaldinyonun "Türkiyəyə gəlirəm" dediyi görüntünü paylaşıb:
"Mənəm Ronaldinyo Qauço, hamıya salam. Yaxın günlərdə Türkiyədə birlikdə olacağıq".
Ronaldinyonun qardaşı və meneceri olan Roberto Asis məsələyə belə münasibət bildirib: "Eto qardaşımın dostudu. Ona böyük hörməti var və bu transferdə onun da təsiri olacaq".
Teleqraf.com videonu təqdim edir:
Rüstəm