1 İyul 2015 00:17
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub və İdarəetmə və Audit Komitəsinin tərkibi müəyyənləşib.

Teleqraf.com AFFA-nın saytına istinadən məlumat verir ki, qitə futbol qurumu rəhbərliyinin bu məsələ ilə bağlı təklifi İcraiyyə Komitəsində geniş müzakirə olunub və üç ölkənin – Azərbaycan, Avstriya və Finlandiya Futbol federasiyalarının nümayəndələri komitəyə üzv seçilib.

AFFA-nın baş katibi Elxan Məmmədovun da təmsil olunduğu komitənin işi UEFA-nın ayrı-ayrı sahələr üzrə fəaliyyətini, o cümlədən maliyyə məsələlərini audit edəcək, qərarların icrasını və effektivliyini mütəmadi olaraq araşdırmaqla UEFA rəhbərliyinə hesabatlar təqdim edəcək.


Müəllif:

Oxşar xəbərlər