1 İyul 2015 21:31
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya futbolunun canlı əfsanəsi Ronaldo ölkəsinin əsas komandasının Amerika Kubokunda uğursuz çıxışına münasibət bildirib.

Teleqraf.com xarici mətbuata istinadən,"komandada futbolçular və məşqçilər korpusu arasında anlaşılmazlıq var. Bir neçə epizodda aydın oldu ki, komandanın oyun fəlsəfəsi yoxdu".

"Sport TV"yə danışan ötənlərin məşhur futbolçusu Braziliyanın 1/4 finalda Paraqvaya penaltilər seriyasında uduzaraq (3:4) mübarizəni dayandırmasın baş məşqçi Dunqanı da günahlandırıb:

"Dunqa bir ildir yığmanı çalışdırır. Ancaq Braziliya millisi əsl komanda təsiri bağışlamır. Azarkeşlər də komandada olan çatışmazlığı görür. Dunqa isə hər uğursuz nəticədən sonra bəhanə gətirərək, özünə haqq qazandırmağa çalışır".

Rüstəm


Müəllif: