26 May 2014 15:12
1 416
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah milli komandamız ABŞ yığması ilə yoldaşlıq görüşünə çıxacaq. Mayın 20-dən Amerikada olan futbolçularımız ayın 21-də ilk məşqlərinə çıxmışdılar.

Futbolçularımız ABŞ-da istirahət və alış-verişdən də qalmırlar.

Teleqraf.com xəbər verir ki, Mahir Şükürov Ruslan Abışovla gəzintidən sonra San Fransisko mağazalarında alış-veriş zamanı çəkdirdikləri şəkili “instagram”da paylaşıb.

Bundan başqa Abdulla Abatsiev və Vaqif Cavadov da şəhərdə gəzərkən Amerika polisi ilə şəkil çəkdirərək sosial şəbəkədə yayıblar.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 07:00-da başlayacaq.

Aygün İlqarqızı


Müəllif: