26 May 2014 15:18
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

İdmanın ağırlıqqaldırma növündə bir sıra yarışların qalib və mükafatçı Elxan Süleymanov sosial şəbəkədə ümummilli lider Heydər Əliyevlə çəkilmiş fotosunu paylaşıb. Bu foto diqqətimizi çəkdiyin üçün keçmiş idmançının özündən şəkilin nə zaman çəkilməsi ilə maraqlandıq.

Teleqraf.com-a danışan Elxan Süleymanova şəkilin tarixçəsi barədə məlumat verdi:

“2002-ci ildə Sidney Yay Olimpiasında iştirak etmişdik. Olimpiadadan qayıtdıqdan sonra ümummilli lider Heydər Əliyev orada iştirak edən idmançıları qəbul etdi. Mən də həmin idmançılar sırasında idim. Bu şəkil də o görüş zamanı çəkilmiş şəkillərdən biridir”.

Qeyd edək ki, Elxan Süleymanov SSRİ spartakiadasında qızıl medal, SSRİ birinciliyində gümüş, Avropa çempionatında bürünc və gümüş, Avropa kubokunda qızıl medalların sahibidir.

Həmçinin Elxan Süleymanov beşqat Avropa çempionu Hafiz Süleymanovun qardaşıdır.

Aygün İlqarqızı


Müəllif: