3 İyul 2015 14:01
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Liqasının I təsnifat mərhələsində "Mladost"a qarşı keçirilən matçda "Neftçi"nin meydana çıxmış 14 futbolçusunun (11 əsas və 3 əvəzetmə) ümumilikdə orta yaş həddi 22 olub.

Teleqraf.com xəbər verir ki, bununla yanaşı Kamal Qurbanov 21 yaşında "Neftçi"nin heyətində ilk rəsmi oyununa çıxaraq avrokuboklarda qol vurmuş gənc futbolçu kimi tarixə düşüb.

Qarşılaşma 2:2 hesabı ilə bitib. Cavab görüşü bir həftə sonra Çernoqoriyada oynanılacaq.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər