İtaliya millisinin və "Milan"ın sabiq futbolçusu Cennaro Qattuzonun yeni iş yeri məlum olub.
37 yaşlı mütəxəssis yeni mövsümdən İtaliyanın üçüncü divizionunda çıxış edəcək "Karrareze" klubunu çalışdıracaq.
Qeyd edək ki, Qattuzo məşqçilik karyerasına 2013-cü ildə başlayıb. O, daha öncə "Sion", "Palermo" və OFİ klublarını çalışdırıb.