3 İyul 2015 17:54
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın şose velosipedi üzrə qadınlardan ibarət yığma komandasının üzvü, Bakı-2015 ilk Avropa Oyunlarının fərdi ötüşmə yarışında 6-cı yeri tutmuş Yelena Pavluxina bu gün daha bir önəmli yarışda mübarizəyə başlayır.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, Sloveniyanın "Lyublyana" klubunun da şərəfini qoruyan Azərbaycan çempionu öz komandasının heyətində nüfuzlu "Giro d'Italia" yarışında iştirak edəcək.

Yarışın proqramına əsasən, qadınlardan ibarət 19 komanda 10 gün ərzində 887 km məsafə qət edəcək. Nüfuzlu yarışın 2 km-dən ibarət başlanğıc hissəsi bu gün Sloveniyanın paytaxtı Lyublyanada start götürəcək.


Müəllif:

Oxşar xəbərlər