4 İyul 2015 10:32
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qalatasaray" uzun müddətdi danışıq apardığı "Arsenal"ın futbolçusu Lukas Padolski ilə razılığa gəlib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb. Hazırda Antalyada istirahətdə olan Almaniya millisinin üzvü bu gün İstanbula gedəcək.

30 yaşlı futbolçu bu gün tibbi müayinədən keçəndən sonra müqaviləyə imza atacaq.

2012-ci ildən "Arsenal"da oynayan hücumçu ötən mövsümün ikinci yarısını icarə əsasında İtaliya "İnter"ində keçirib.

Rüstəm


Müəllif: