26 May 2014 16:45
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jerar Pike “Barselona” ilə çoxillik müqavilə bağlayıb.

Publika.az xəbər verir ki, yeni müqaviləyə görə, futbolçu 2019-cu ilə qədər “Barsa”da qalacaq. Futbolçu bununla və yeni baş məşqçi Enrike ilə bağlı klubun rəsmi saytına fikirlərini açıqlayıb:

“Yeni baş məşqçimizin Enrike olacağı məni məmnun edir. O, mətbuat konfransında ideya və hədəflərini dəqiqliklə açıqladı. Onunla müştərək işi səbirsizliklə gözləyirəm.

“Barsa” həmişə zirvədə olmalı, titullar qazanmalıdı. Bu, Superklub üçün çox vacib amildi. Bizdə yenidən uğurlar qazanmaq üçün hər şey var”.


Müəllif: