6 İyul 2015 09:07
1 276
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-2015 ilk Avropa Oyunlarının MTB üzrə yarışlarını qəbul etmiş Dağ Velosipedi Parkında idmanın bu növü üzrə Açıq Azərbaycan Çempionatı keçirilib. Yarışda Azərbaycan Velosiped İdmanı Federasiyasının nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə peşəkar idmançıları ilə yanaşı, həvəskar velosipedçilər də mübarizə aparıb.

Federasiyadan Teleqraf.com-a verilən məlumata görə, yarış zamanı yeniyetmə və gənclər uzunluğu 2 km olan marşrut boyunca 3, böyüklər isə 6 dövrə vurublar. Nəticələrə gəlincə, 15 və 17 yaşadək idmançılar arasında Vüqar Nəsibov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sonrakı 2 yeri David Proherkus və Yusif Abdullayev tutub.


Elit, U-23 və gənclər arasında Aqşin İsmayılov finiş xəttini birinci, Orxan Məmmədov isə ikinci keçib. İlk üçlüyü Musa Mikayılzadə tamamlayıb. Qaliblər federasiya tərəfindən medal, diplom və pul mükafatı ilə təltif ediliblər.


Müəllif: