Futbol üzrə Avropa Liqası yarışlarının birinci təsnifat mərhələsinin “Mladost” (Monteneqro) – “Neftçi” (Bakı) oyununa hakim təyinatı açıqlanıb.
Matçı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Kevin Klensi, onun köməkçiləri Alastair Mazer və Stüart Yan Makmillan olacaqlar. Dördüncü hakim funksiyasını Brayan Kolvin yerinə yetirəcək.
Oyunun UEFA nümayəndəsi Jan Luis Pette (Fransa), hakim-inspektoru isə Marian Ruzbarskidir (Slovakiya).
Xatırladaq ki, iyulun 9-da Podqoritsa şəhər stadionunda keçiriləcək “Mladost” – “Neftçi” matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.