"Qarabağ"ın Avstriyada keçdiyi təlim-məşq toplanışı sona yaxınlaşır.
Teleqraf.com klubun saytına istinadən xəbər verir ki, iyunun 18-dən Kössen qəsəbəsində hazırlıqlarını sürdürən komanda dünən sonuncu məşqinə çıxıb.
Ağdam təmsilçisi yerli vaxtla 19:30-da (Bakı vaxtı ilə 22:30) 90 dəqiqəlik məşq edib. Komandanın məşqi taktiki çalışma üzərində baş tutub.
Qeyd edək ki, "Qarabağ" bu gün Rusiya "Lokomotiv"i yoxlama oyunu keçirəcək. Qarşılaşma yerli vaxtla saat 18:30-da (Bakı vaxtı ilə 21:30) başlayacaq. "Qarabağ" iyulun 8-i Azərbaycana qayıdacaq.
|