Klublarımız Azərbaycan Premyer Liqasının 2014/2015 mövsümünə hazırlaşır.
Yay transfer dönəminin davam etdiyi bir vaxtda müəyyən klublar artıq transfer işlərini yekunlaşdırmaq üzrə olsa da, bəzilərində müəyyən səbələrdən aktivlik müşahidə olunmur.
Ölkə çempionu “Qarabağ” və bürünc mükafatçı “Qəbələ” transfer fəaliyyətində ən fəallardandır. Eyni zamanda yeni mövsümdən Premyer Liqamızda mübarizə aparacaq "Zirə" də artıq heyətini 13 futbolçu ilə gücləndirib.
Maliyyə problemi ilə üzləşən “İnter” də artıq altı futbolçunu heyətinə cəlb edib. Lakin Səlahət Ağayev istisna olmaqla paytaxt klubunun bütün aparıcı futbolçuları komandanı tərk edib.
Eyni problemlə üzləşən “Simurq” da əksər futbolçuları ilə yolları ayırmalı olub. Zaqatala təmsilçisi hələ ki, heç bir transfer etməyib.
Qeyd edək ki, iyunun 9-da açılan yay transfer pəncərəsi avqustun 31-də bağlanacaq.
qol.az