8 İyul 2015 19:53
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

PSJ klubu daha bir futbolçu ilə heyətini gücləndirib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Paris təmsilçisi "Ayntraxt" klubunun qapıçısı Kevin Trappı transfer edib.

25 yaşlı qolkiperlə 5 illik müqavilə imzalanıb. Fransa klubu bu transfer üçün "Ayntraxt"a 9 milyon avro ödəyəcək.

Qeyd edək ki, Kevin Trapp "Aytraxt"da forma geyən Azərbaycan yığmasının qapıçısı Emil Balayevin əsas rəqiblərindən idi.


Müəllif: