Braziliya futbolunun əfsanələrindən olan Rivaldo yenidən yaşıl meydanlara qayıdıb.
Ötən il karyerasını başa vurduğunu açıqlayan 43 yaşlı futbolçu qərarını dəyişib.
Braziliyanın ikinci liqasında mübarizə aparan "Moji-Mirim" klubunun prezidenti olan Rivaldo "Nautiko" ilə görüşdə 68 dəqiqə oynayıb. O, meydanda olduğu müddətdə komandası 0:1 hesabı ilə geridə olub. Lakin onun əvəzlənməsindən sonra "Moji-Mirim" iki qol vuraraq görüşdən qalib ayrılıb - 2:1.
Yaşıl meydanlara qayıtması ilə bağlı danışan Rivaldo bunları deyib: "Bir il, 3 aylıq fasilədən sonra yenidən məşqlərə başladım. 20 gündür məşq etməmə baxmayaraq oyuna çıxdım. Bununla gənc futbolçulara örnək olmaq istədim".