9 İyul 2015 13:31
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyun ayının yekununda Dünya Güləş Birliyinin qadın güləşi üzrə yeni reytinq siyahısında güləşçilərmiz Mariya Stadnik ikinci, Nataliya Sinişin isə üçüncü olub.

Azərbaycan Güləş Federasiyasından (AGF) Teleqraf.com-a verilən məlumata görə, Dünya Güləş Birliyi (DGB) 2015-ci ilin iyun ayında keçirilən yarışların nəticəsinə əsasən, qadın güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb.

Qadın güləşçilərin reytinq sıralamasında 8 güləşçimizin adı var. Ötən ay Bakıda keçirilmiş ilk Avropa Oyunlarında parlaq qələbələr qazanmaqla qızıl medala sahib olan M.Stadnik reytinqdəki mövqeyini bir az da möhkəmləndirib. Güləşçimiz siyahıda 2-ci yerdədir.

Avropa Oyunlarının bürünc medalçısı N.Sinişin isə 55 kq çəki dərəcəsində üçüncü pilləyə yüksəlib.

Bundan əvvəlki ayın reytinq siyahısında adı olmayan Anjela Doroqan Avropa Oyunlarında qazandığı qızıl medalın hesabına birbaşa olaraq reytinqin 9-cu pilləsində yer alıb.

U-23 Avropa çempionatının qalibi Alyona Kolesnik isə bir pillə irəliləyərək 4-cü yerə yüksəlib.

Güləşçilərimizdən yalnız Yuliya Ratkeviçin mövqeyində geriləmə qeyd edilib. O, 9-cu pilləyə enib.

48 kq

2. Mariya Stadnik - Avropa Oyunları 1-ci yer (2)

53 kq

9. Anjela Doroqan - Avropa Oyunları 1-ci yer (nr)

55 kq

3. Nataliya Sinişin - Avropa Oyunları 3-cü yer (13@60)

4. Alyona Kolesnik - U-23 AÇ 1-ci yer (5)

58 kq

11. İrina Netreba - Avropa Oyunları 5-ci yer (nr)

60 kq

9. Yuliya Ratkeviç - DÇ 2-ci yer (5)

69 kq

18. Nadya Muşka - Dan Kolov turniri 2-ci yer (15)

75 kq

20. Səbirə Əliyeva - Gənclərin Avropa çempionatı 1-ci yer (nr)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.


Müəllif:

Oxşar xəbərlər