11 İyul 2015 12:07
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Formula-1" avtoyarışları üzrə Avropa Qran-Prisi 2016-cı il iyulun 17-də Bakıda keçiriləcək.

Bu barədə Teleqraf.com "Formula-1"in rəsmi saytına istinadən məlumat verir.

Bakının mərkəzi üzrə keçəcək şəhər trassının layihəsi German Tilkenin arxitektura bürosu tərəfindən hazırlanıb.

Bakıda keçiriləcək yarışlar özünün unikallığı ilə seçiləcək. Monako və Sinqapurla yanaşı, Bakı da şəhər trassı üzrə yarışı keçirəcək. Bununla da, Bakıdakı yarışda bolidlər Dənizkənarı Milli Parka paralel hərəkət edəcəklər və "İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu" ətrafında dövrə vuracaqlar. Bununla da, tamaşaçılar və qonaqlar bu yarışlar ərzində bütün şəhəri seyr edə biləcəklər.. Onu da qeyd etmək lazımdır ki, "Formula-1" yarışları dünyada ən populyar televiziya yarışlarından biridir.

6 kilometr uzunluğunda trass olduqca ciddi hündürlük, yoxuş və eniş dəyişikliklərinə malik olacaq.

Qeyd edək ki, BakIdakI yarışlarin təşkilatçısı "Baku Grand Prix" və Azərbaycan Avtomobil Federasiyasidir.


Müəllif:

Oxşar xəbərlər