Transfer çalışmalarını davam etdirən “Qalatasaray” daha bir futbolçunu heyətinə cəlb edib.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, Fransanın II liqasında mübarizə aparan “Troyes”in futbolçusu Lionel Jules Karole ilə 4 illik müqavilə bağlanacaq.
24 yaşlı fransız müdafiəçi üçün qarşı tərəfə 1.5 milyon avro ödəniləcək.
Qeyd edək ki, “cim-bom” buna qədər "Akhisar"dan Bilal Kısa, "Ridinq"dən, Cem Karaca və "Arsenal"dan Lukas Padolskini transfer edib.