12 İyul 2015 18:27
2 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

Madrid “Real”ının canlı əfsanəsi İker Kasilyas komandadan ayrılmadan öncə azarkeşlərlə vidalaşıb.

Qol.Az-ın məlumatına görə, "Santyaqo Bernabeu"da təşkil etdiyi mətbuat konfransında danışan 34 yaşlı qapıçı göz yaşlarına hakim ola bilməyib:

“Bu gün bu gözəl stadiona sizinlə vidalaşmağa gəlmişəm. Mən artıq “Real”ın futbolçusu deyiləm. Bundan sonra “Portu” forması geyinəcəm. Bir çox səbəblərə görə “Portu”ya keçirəm. Yeni klubumda mənə göstərilən etimadı doğrultmağa çalışacam”.

“Real” mənə sadəcə idmançı olmağı yox, həm də insanlığı öyrətdi. Bütün məşqçilərimdən çox şey öyrəndim. Onların bu səviyyəyə gəlməyimdə böyük rolu olub. Dəstəyə görə azarkeşlərimizə təşəkkür edirəm. Mənə çətin vaxtlarımda dəstək verdilər. Mən yaxşı və ya pis qapıçı kimi yox, bütün səhvlərimlə birlikdə yaxşı bir insan kimi xatırlanmaq istəyirəm. Hara getməyimdən asılı olmayaraq hər zaman “Hala Madrid” deməyə davam edəcəm”.

Qeyd edək ki, 9 yaşında “Real”a gələn Kasilyas ilk rəsmi oyununa 1999-cu ilin sentyabr ayında "Atletik" (Bilbao) ilə görüşdə çıxıb. Komandası ilə 18 kubok qazanan qolkiper Madrid klubunda 725 oyun keçirib.


Müəllif:

Oxşar xəbərlər