16 İyul 2015 17:13
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah ÇL-də 3-cü mərhələnin püşkatma mərasimi keçiriləcək.

Publika.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” növbəti mərhələyə adlayacağı təqdirdə, səpələnməmişlər qrupunda yer alacaq. Bu mərhələdə səpələnmişlər qrupunda yer alan komandalardan 3-ü birbaşa bu turdan mübarizəyə qoşulacaq. Qalan 8 komanda isə 2-ci təsnifat mərhələsindəki cütlüklərin qalibləri olacaq.

Səpələnmişlər:
Bazel (İsveçrə)
Zalsburq (Avstiyra)
Viktoriya (Pilzen, Çexiya)
Trençin (Slovakiya) - Styauya (Rumıniya) (ilk oyun: 0:2)
Seltik (Şotlandiya) - Styarnan (İslandiya) (2:0)
APOEL (Kipr) - Vardar (Makedoniya) (0:0)
BATE (Belarus) - Dundalk (İrlandiya) (2:1)
Ludoqorets (Bolqarıstan) - Milsami (Moldova) (0:1)
Dinamo (Zaqreb, Xorvatiya) - Fola (Lüksemburq) (1:1)
Maribor (Sloveniya) - Astana (Qazaxıstan) (1:0)

Səpələnməmişlər:
Hibernians (Malta) - Makkabi (Təl-Əviv, İsrail) (2:1)
Sarayevo (Bosniya və Herseqovina) - Lex (Polşa) (0:2)
Partizan (Serbiya) - Dila (Gürcüstan) (1:0)
Malmö (İsveç) - Jalgris (Litva) (0:0)
Qarabağ (Azərbaycan) - Rudar (Monteneqro) (0:0)
Ventsplis (Latviya) - HJK (Finlandiya) (1:3)
Molde (Norveç) - Pünik (Ermənistan) (5:0)
Midtyulland (Danimarka) - Linkoln (Cəbəllütariq) (1:0)
TNS (Uels) - Videoton (Macarıstan) (0:1)
Skenderbeu (Albaniya) - Krusaders (Şimali İrlandiya) (4:1)

Püşkatma mərasimi sabah saat 15:00-da start götürəcək.


Müəllif: