27 May 2014 12:36
1 094

"Milan" baş məşqçi Klarens Zeedorfla yollarını ayırmağa qərar verib.

Teleqraf.com xəbər verir ki, bu barədə “goal.com” məlumat yayıb. İtaliya təmsilçisini yeni mövsümdən Flippo İnzaqinin çalışdıracağı deyilir.

O, hazırda “Milan”ın gənclər komandasına rəhbərlik edir. Zeedorf böyük ümidlərlə komandaya gətirilmişdi. Ancaq o, “Milan”ı Avropa Liqasına çıxarda bilmədi.

İddialara görə, ötən gün direktorlar şurasının iclası keçirilib və qərara alınıb ki, yeni baş məşqçi İnzaqi olsun.

Qeyd edək ki, bu posta "Zenit"də işləmiş Luçano Spalletti və "Sevilya"nın çalışdırıcısı Unay Emerinin də gələcəyi iddia edilir.

Aygün İlqarqızı


Müəllif: