27 May 2014 13:20
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fənərbaxça”nın Dieqo Ribas ilə 3 illik anlaşdığı deyilir.

Teleqraf.com xəbər verir ki, bu barədə İspaniyanın “AS” qəzeti xəbər yayıb.

Məlumata görə, ötən mövsümün ikinci yarısından “Atletiko”da forma geyinən braziliyalı oyunçu bundan sonrakı 3 il ərzində “Fənərbaxça” forması geyəcək. “Fənərbaxça” Dieqonun Avropadakı 6-cı komandasıdır.

Qeyd edək ki, Dieqo Ribas “Volfsburq”dan icarə əsasında “Atletiko” (Madrid) klubuna verilmişdi.

AS” qəzeti braziliyalı futbolçunun “Volfsburq”la müqaviləsinin başa çatdığını qeyd edərək, onun “Fənərbaxça” ilə müqaviləyə imza atacağını bildirib..

Aygün İlqarqızı


Müəllif: