21 İyul 2015 12:39
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Fiorentina"nın müdafiəçisi Stefan Saviç karyerasını "Atletiko"da davam etdirəcək.

Teleqraf.com klubun saytına istinadən xəbər verir ki, Çernoqoriya millisinin 24 yaşlı futbolçusu Madrid təmsilçisi ilə 5 illik müqavilə imzalayıb.

Daha əvvəl bildirilirdi ki, "Atletiko" bu transfer üçün 12 milyon avro ödəyəcək.

Saviç İtaliya klubuna keçənə qədər "Borça", "Partizan" (hər ikisi Serbiya) və "Mançester Siti" (İngiltərə) klublarında oynayıb.

Rüstəm


Müəllif: