21 İyul 2015 13:51
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Monteneqroda "Qarabağ" klubu Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Rudar"la üz-üzə gələcək.

Teleqraf.com-un məlumatına görə, oyun öncəsi rəqib komandanın kapitanı fikirlərini bölüşüb. Nedelko Vlahoviç növbəti mərhələyə çıxacaqlarına ümid etdiyini bildirib:

"Bəlkə də, çoxları bizim müdafiə futbolu oynamağımızı bəyənmir. Lakin bu, bizi narahat etmir. Çünki Bakıda nəticəyə oynadıq və hədəfimiz uduzmamaq idi ki, buna da nail olduq. "Qarabağ"ın cavab matçında da hücuma atılacağını bilirik. Əminəm ki, baş məşqçimiz Azərbaycan çempionunun hücumlarının qarşısını almaq üçün plan qurub.

Rəqibin üzərində böyük təzyiq var. Azərbaycanda hər kəs onlardan qələbə gözləyir. Əgər "Qarabağ" mübarizəni dayandırsa, bu, onlar üçün faciə olacaq. Biz isə pul haqda yox, oyun barədə düşünməliyik. Əks təqdirdə bu, bütün oyun sistemimizi poza bilər. Rudar'ın heyətində cəmi 5 avrokubok matçında iştirak etmişəm. Təəssüf ki, Monteneqro klubları Çempionlar Liqasında II təsnifat mərhələsini adlaya bilmirlər. Ancaq bu dəfə şansımız var və "Qarabağ"la oyuna yaxşı köklənmişik. Əgər bu mərhələni keçsək, Seltik'lə qarşılaşacağıq və Seltik Park'da gözəl tamaşanın iştirakçısı olacağıq. Çempionlar Liqasında III təsnifat mərhələsinə yüksəlmək üçün əlimizdən gələni edəcəyik".

Rüstəm


Müəllif:

Oxşar xəbərlər