Qapıçı David De Xeanın transferi məsələsində "Mançester Yunayted" və "Real" arasında gedən danışıqlar dayanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. İngilislər ispan qolkiperi 40 milyon avroya satmağa və ya onu Madrid klubunun oyunçuları Serxio Ramos və Keylor Navasa dəyişməyə hazırdı.
"Real" isə güman edir ki, belə tələblər həddən artıqdı. La Liqa təmsilçisi bu cür şərtlərlə razılaşmaq niyyətində deyil.
Rüstəm