22 İyul 2015 13:45
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rudar"ın baş məşqçisi Mirko Mariç Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün "Qarabağ"la keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bildirib.

Teleqraf.com xəbər verir ki, o, mətbuat konfransında belə danışıb:

"Qarabağ"la ilk görüşdə 0:0 bərabərə qalmaq əla nəticədi. Bakıda heç-heçə etməklə çoxlarını təəccübləndirdik. Buna baxmayaraq, "Qarabağ" yenə cütün favoritidi.

Rəqibin ikinci görüşdə də qol vurmayacağını gözləmək çətindi. Biz oyun sistemimizi dəyişməyəcəyik. Ancaq rəqib qapısı ağzında daha cəsarətli və dəqiq oynamalıyıq. Öz qapımızda təhlükə yaranmaması üçün topu rəqibə verməməyə çalışacağıq.

Erkən qol buraxsaq, işimiz çətinləşəcək. Çünki bundan sonra açıq futbol oynamağa məcbur olacağıq. Üzərimizdə hər hansı təzyiq yoxdu. Üzərində təzyiq olacaq yeganə komanda "Qarabağ"dı.

"Rudar" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər