27 May 2014 15:12
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı-2015” ilə bağlı keçirilən rəy sorğusunun ilkin nəticələri açıqlanıb.

ANS PRESS-in məlumatına görə, ümumilikdə 105 min tələbə-gəncin iştirak etdiyi sorğuda 24 min 182 sorğu blankı elektronlaşdırıb. Onlardan 12 min 472-si kişi, 11 min 710-u isə qadındır. İştirakçıların 4048 nəfəri 18 yaş, 6005 nəfəri 19 yaş, 9612 nəfəri 20 yaş, 2483 nəfəri isə 21 yaşındadır. Tələbələrdən 13 min 584-ü “Bakı-2015” Avropa Oyunlarında könüllü qismində iştirak etmək istəyində olduğunu bildirib ki, onlardan da 6703-ü kişi, 6881-i isə qadındır.

Bu günə olan statistikaya görə, sorğuda iştirak etmiş tələbə-gənclər arasında Avropa Oyunlarına daxil bu və ya digər idman növləri üzrə kişilər arasında 3941 nəfər güləşə, 3812 nəfər boksa, 3437 nəfər isə cüdoya azarkeşlik edəcəklərini bildiriblər.

Statistikaya əsasən, ən çox azarkeşlik edilən idman növləri voleybol (9191 nəfər), su idman növləri (6555 nəfər), bədii gimnastika 6059 nəfər), velosipeddir (5485 nəfər). Qadınlar arasında isə 6059 nəfər voleybola, 4379 nəfər bədii gimnastikaya, 3646 nəfər su idman növlərinə azarkeşlik edəcəyini bildiriblər.

Sorğuda iştirak etmiş respondentlərə bir neçə idman növünü seçmək imkanı verilib. Bu il mayın 7-dən başlanmış sorğu və toplanmış anketlərin elektronlaşdırılması prosesi bu həftə ərzində yekunlaşacaq. Elektronlaşdırılmış bütün sorğu anketləri vahid məlumat bazasında toplanılır.


Müəllif: