AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Publika.az xəbər verir ki, “Qəbələ” və “Neftçi” arasında keçirilən Azərbaycan kubokunun final matçı ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
Oyunun 90-cı dəqiqəsində “Neftçi” klubunun məşqçisi Bəxtiyar Musayev texniki zona qaydalarını pozduğuna görə meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
Oyunun 104-cü dəqiqəsində “Qəbələ”nin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.