"Real"ın baş məşqçisi Rafael Benites komandasının ulduz futbolçusu Kriştiano Ronaldoyla arasında münaqişə düşməsi ilə bağlı yayılan xəbərələrə münasibət bildirib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə AS dərgisi məlumat yayıb. Təcrübəli çalışdırıcı bunları deyib:
"Ronaldo ilə işləyib anlayırsan ki, nə qədər güclü futbolçudu, həmişə qalib gəlmək istəyi var və niyə dünyanın ən yaxşısıdı. Mən istəyərdim ki, biz hamımız işimizə belə yanaşaq.
Onunla münasibətim digər futbolçularla olduğu kimidi. Mən oyunçularla tez-tez ünsiyyət saxlayıram, burda nəsə xüsusi bir şey yoxdu. Əlbəttə, insanlar müxtəlif şayiələrlə üzləşirlər, amma sizi inandırıram ki, aramızda normal münasibət var.
Nə dəyişdi ki, indi Ronaldonu dünyanın ən yaxşısı adlandırıram? Mən həmişə öz oyunçularımı dəstəkləyirəm. Məşqlərdə onun işinə baxın, hər şeyi açıq-aydın görəcəksiz".Mersisayd klubu Belçika yığmasının futbolçusu ilə uzunmüddətli müqavilə imzaladığını bəyan edib.
Rüstəm