"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının ikinci təsnifat mərhələsində "Çukariçki"yə 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldikləri matçı şərh edib.
Qol.Az-ın məlumatına görə, o, qarşılaşmanın gərgin və maraqlı keçdiyini bildirib:
"Komandamıza inanırdım. Ən azı futbolçular xarakter göstərməli idilər. Çünki səfər matçımız yaxşı alınmamışdı".
F.Nəcəfov bildirib ki, klub prezidenti Tale Heydərov da futbolçuları təbrik edib:
"Onun komandadan gözləntiləri var. Çünki növbəti rəqib daha ciddidir. Bu oyunda buraxdığımız səhvləri təkrarlamamalıyıq. Hələlik rəqib haqda çox məlumatımız yoxdur. Bildiyimiz qədəri ilə bu mərhələ qapısından top buraxmadan böyükhesablı qələbə qazanıb".
Klubun vitse-prezidenti komandaya yeni transferlər ola biləcəyini söyləyib:
"Artıq namizədlər var. Hücum xəttində oynayacaq futbolçu əcnəbidir. Ola bilər ki, növbəti matça kimi transferi gerçəkləşdirək. Amma belə olsa da, yeni transfer ilk qarşılaşmada oynamayacaq".