24 İyul 2015 18:46
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arda Turan və Aleş Vidalı transfer edən "Barselona" daha bir futbolçunu heyətində görmək istəyir. “Barsa” "Monako"nun 25 yaşlı futbolçusu Aymen Abdennura göz dikib.

Publika.az xəbər verir ki, bu barədə məlumatı Fransanın "Ekip" qəzeti yayıb.
Tunisli stopperin menecerinin dünən Barselonaya gələrək klub rəhbərliyi ilə görüşdüyü bildirilir.

Abdennur "Barsa"ya transfer olunsa da, "Monako"da bir il icarə əsasında çıxış edəcək. Kataloniya klubuna UEFA tərəfindən transfer cəzası verildiyindən, yeni oyunçularının heç biri bu ilin sonuna kimi "Barsa" formasıyla meydana çıxa bilməz.


Müəllif:

Oxşar xəbərlər