PSJ-nin hücumçusu Zlatan İbrahimoviç gələcəkdə ABŞ-ın MLS liqasında oynamaq istədiyini dilə gətirib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Football Italia" məlumat yayıb. İsveçli futbolçu verdiyi açıqlamada ABŞ-da çıxış edən ulduz futbolçulara da söz atıb:
"Mən ABŞ-da oynamaq istəyərdim, sözsüz... Hansı komandada? Mən belə şeyləri indi danışa bilmərəm.
Düşünürəm ki, bu, çox gözəl təcrübə olardı. Görürəm ki, futbolun məşhurluğu ABŞ-da daha da artır. Mən 10 il əvvəl burda olanda futbolun səviyyəsi çox aşağı idi.
İndi əksər futbolçular burda oynamaq istəyir. Ancaq mən adına görə bura dəvət edilənlərdən olmaq istəmirəm.
Əgər MLS-ə gələcəmsə, nəticə vermək istəyirəm. Əks halda mən bura gəlmərəm".
Rüstəm