27 May 2014 16:06
951

Almaniya milli komandasının düşərgəsində maraqlı hadisə yaşanıb.

Publika.az xəbər verir ki, Braziliyada keçiriləcək dünya çempionatına hazırlaşan Almaniya millisi İtaliyada təlim-məşq toplanışındadı. Toplanışı alman jurnalistlər də izləyirlər. Bundestimin “Arsenal”lı futbolçusu Lukas Podolski jurnalistlərdən biri ilə zarafat etmək qərarına gəlib.

Ulduz futbolçu jurnalisti qucağına alaraq onu otelin hovuzuna atıb. Podolskinin bu zarafatını ətrafdakılar gülüşlə qarsılayıblar. Jurnalistin reaksiyasından bəlli olur ki, o, futbolçunun zarafatından inciməyib. Həmin görüntünü təqdim edirik:


Müəllif: