Bu gün DÇ-2018-in seçmə mərhələsinin əsas püşkatması keçiriləcək. Apasport.az saytının məlumatına görə, tədbir mundiala ev sahibliyi edəcək ölkədə - Rusiyada təşkil olunacaq.
Sankt-Peterburqun Konstantinovski sarayında baş tutacaq mərasimdə 5 konfederasiya üzrə püşk atılacaq. Artıq yarışa start verən Asiya təmsilçiləri istisna təşkil edəcək.
Bakı vaxtı ilə saat 20:00-da başlayacaq püşkatmaya dünyanın 141 ölkəsi qatılacaq. Bunların 52-si Avropa təmsilçiləridi.
Azərbaycan millisinin də seçmə mərhələdəski rəqiblərinə aydınlıq gətirəcək püşk 52 yığmanı 9 qrupa böləcək. Bunların 7-də 6, 2-də 5 komanda olacaq. Qrup qalibləri birbaşa mundiala yüksələcəksə, ikinci yerlərin təşkil etdiyi 4 cütlük pley-offda oynayacaq. Ən pis göstəriciyə malik 2-ci yer isə final mərhələsində oynamaq şansını itirəcək.
Püşk üçün yığmalar FİFA-nın millilərin iyul reytinqinə əsasən, 6 səbətə bölünüb. Azərbaycan yığması 5-ci səbətdə yer alıb.
Avropa zonasında qrupların tərkibi:
A qrupu
Lüksemburq, Belarus, Bolqarıstan, İsveç, Fransa, Hollandiya
B qrupu
Andorra, Latvia, Farer Adaları, Macarıstan, İsveçrə, Portuqaliya
C qrupu
San Marino, AZƏRBAYCAN, Norveç, Şimali İrlandiya, Çexiya, Almaniya
D qrupu
Gürcüstan, Moldova, İrlandiya, Serbiya, Avstriya, Uels
E qrupu
Qazaxıstan, Ermənistan, Monteneqro, Polşa, Danimarka, Rumınya
F qrupu
Malta, Litva, Sloveniya, Şotlandiya, Slovakiya, İngiltərə
G qrupu
Lixteynşteyn, Makedoniya, İsrael, Albaniya, İtaliya, İspaniya
H qrupu
Kipr, Estoniya, Estoniya, Yunanıstan, Bosniya və Hersoqovina, Belçika
İ qrupu
Finlandiya, Türkiyə, Ukrayna, İslandiya, Xorvatiya