26 İyul 2015 00:47
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

PSJ-nin futbolçusu Zlatan İbrahimoviç gələcəyi ilə bağlı yekun qərarı verib.

Qol.Az-ın məlumatına görə, "ESPN"ə danışan isveçli hücumçu yeni mövsümdə də Paris klubunda oynayacağını deyib:

"PSJ ilə daha bir illik müqaviləm var. Burada oynamaqdan məmnunam. Yaxşı komanda yoldaşlarım var. Avropanın ən gözəl şəhərində yaşayıram. Yeni mövsümdə də burada qalacam".

Qeyd edək ki, Z.İbrahimoviçlə "Milan" və ABŞ klublarının maraqlandığı iddia edilirdi.


Müəllif: