26 İyul 2015 15:42
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yaxşı komandaların olduğu maraqlı qrupa düşdük".

Bunu Almaniya millisinin baş məşqçisi Yoahim Löv "DÇ-2018"in seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

Təcrübəli mütəxəssis rəqiblərdən Çexiya, Norveç və Şimali İrlandiyanın iddialı komandalar olduğunu vurğulayıb:

"Çexiya, Norveç və Şimali İrlandiya ambisiyalı komandalardır. Bu yığmalar yaxın keçmişdə yaxşı nəticələr əldə edib. Əlbəttə ki, son dünya çempionu kimi qrupu lider başa vurmaq istəyirik. Eyni zamanda qrupun favoritiyik".

55 yaşlı mütəxəssis Fransa, İsveç, Hollandiyanın yer aldığı A qrupu və İspaniya, İtaliyanın düşdüyü G qrupunda çox maraqlı görüşlərin olacağını bildirib: "Bu qrupun oyunları azarkeşləri həyəcanlandıracaq. Ancaq hazırda bütün diqqətimizi yalnız "Avro-2016"nın seçmə mərhələsinə yönəltmişik. Bu turnirdən sonra dünya çempionatının seçmə mərhələsi haqda düşünəcəyik".

Qeyd edək ki, "DÇ-2018"nin seçmə mərhələsinin C qrupunda yer alan Almaniya yığması millimizlə yanaşı, Çexiya, Norveç, Şimali İrlandiya və San Marino ilə mübarizə aparacaq.

qol.az


Müəllif:

Oxşar xəbərlər