Bundesliqada yeni mövsümə hazırlaşan “Şalke” heyətini daha bir futbolçu ilə gücləndirib.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “Verder”in futbolçusu Franko Di Santo komandaya cəlb olunub.
Argentinalı hücumçu ilə dörd illik müqavilə imzalanıb.
Ötən mövsüm “Verder”də 28 oyuna çıxan 26 yaşlı futbolçu 14 qola imza atıb.