27 May 2014 16:40
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İnsanlar kənarda həmişə gülən Ardanı görürlər. Mən əslində öz həyatımda çox sərt, tərs bir adamam".
ANS PRESS-in məlumatına görə, bunu türk futbol tarixinin ən uğurlu adlarından olan Arda Turan deyib. A.Turan GQ jurnalına özəl həyatı da daxil olmaqla bir çox məqamlar haqqında danışıb.

Futbolçu həyatla bağlı qayğılarının da olduğunu deyib. "Məni səhərdən axşama qədər gülən, dünya vecinə olmayan insan zənn edirlər. Amma insanlarla arama müəyyən məsafə, pərdə qoymaq gərəkir. Yoxsa anlaşma olmur".

O, həm işində, həm də şəxsi həyatında ürəyindən keçənləri etdiyini deyib. “Mənim həyatımda hesab, kitab, riyaziyyat yoxdur. Ürəyimdən keçəni yaşayıram. Heç vaxt hesablayaraq eşq, iş həyatım olmayıb. Buna görə, heç vaxt saxta olmamışam".

Məşhur futbolçu kadınlar və özünə inam haqqında da danışıb. “Bizim uşaqlar - heç yaraşıqlı deyilsən, fiziki forman da yoxdur, deyə məni lağa qoyurlar. Bəli, bir qadının məni bəyənməsinə ehtiyac yoxdur. Mənim bir qadını bəyənməyim kifayətdir. Aadınlar güclü, uğurlu kişiləri sevirlər. Bunların hamısı məndə var. Bir də nə üçün özümü bəyəndirməyə çalışım ki? Mən bi nəfəri bəyəndimsə bəsdir".

Futbolçu eşq, sevginin planla, hesabla olmadığını deyib. Onun sözlərinə görə, əgər belə olsa heç də gözəl olmazdı. Arda Turan sevdiyi üçün hər şey edən, sərhəd tanımayan olduğunu deyib. "Yetər ki, Allah mənə güc versin".


Müəllif: