“Seltik”in futbolçusu Çarli Malqryu Çempionlar liqasının III təsnifat mərhələsində “Qarabağ”la keçirəcəkləri oyunlar haqda fikirlərini bildirib.
Teleqraf.com xəbər verir ki, şotlandiyalı müdafiəçi yerli mətbuata açıqlamasında belə danışıb:
"Qarabağ"la bağlı elə də çox məlumatım yoxdu. Bildiyim odu ki, ötən mövsüm Avropa Liqasında yaxşı çıxış ediblər. Öz meydanımızda möhtəşəm azarkeş dəstəyi altında oynayacağıq.
Bununla belə, oyuna hazır olmağımız çox vacibdi. İlk qarşılaşmada yaxşı nəticə qazanmalıyıq. Çünki Bakıda bizim üçün çətin olacaq. Uzun yol qət edəcəyik. Belə vəziyyətdə uğurlu nəticə əldə etmək çətin olur.
2013-cü ildə Qazaxıstanın "Şaxtyor" klubuna qarşı səfər oyunundan əliboş qayıtmışdıq. Uzaq səfər matçının nə demək olduğunu bilirik. İlk oyunda qələbə qazanmasaq, cavab görüşündə işimiz çətin olar”.
İyulun 29-da keçiriləcək “Seltik” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Rüstəm