Koreyanın Çunçeon şəhərində keçirilən G2 kateqoriyalı beynəlxalq “Korea Open” turnirində milli komandamız 3 medal qazanıb.
Teleqraf.com xəbər verir ki, yarış 5 gün – iyulun 22-dən 27-nə qədər davam edib.
Koreyadakı beynəlxalq turnirdə Avropa Oyunlarının qalibi olmuş Milad Beiqi Hərçəqani (80 kq) qızıl medal, Sina Bahrami (-63 kq) və Patimat Abakarova (-49 kq) isə bürünc medala layiq görülüblər.
Qeyd edək ki, kişilərdən ibarət yığma komandanın baş məşqçisi Reza Mehmandoust, böyük məşqçi Elnur Amanov, qadınların baş məşqçisi Sun Mi Parkın rəhbərliyi ilə Çənubi Koreyaya yollanan komandamız 29 iyulda vətənə dönəcək.
Turnir başa çatdıqdan sonra qadınlardan ibarət millimiz Koreya Respublikasında təlim-məşqlərə start verib.
Xatırladaq ki, turnirdə azərbaycanı Xanruh Fətullayev (-58 kq), Məhəmməd Məmmədov, Sina Bahrami (hər ikisi -63 kq), Ayxan Tağızadə (-68 kq), Səid Quliyev (-74 kq), Milad Beigi Hərçəqanı (-80 kq), Ramin Əzizov (-87 kq) və Radik İsaevi (+87 kq), Təranə Məmmədova (- 46 kq), Partimat Abakarova (-49 kq), Marina Tedeeva (- 62 kq), Daria Şkurko (-62 kq) təmsil edirdi.