28 İyul 2015 18:49
1 150
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo komandasının üzvü Eden Hazardla "Real"ın forvardı Kriştiano Ronaldonu müqayisə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Maraqlı fikirlər səsləndirən portuqaliyalı mütəxəssis ötən mövsüm Hazardın Ronaldodan daha yaxşı oynadığını dilə gətirib:

"Ronaldo mükəmməl deyildi demirəm. Sadəcə mənim fikrimcə, bütün futbolçular anlamalıdır ki, komanda hər şeydən əvvəl gəlir.

Ronaldo ötən mövsüm kubok qazana bilmədi. Futbol isə kuboksuz heç bir şeydi. Messi üç kubok qazandı. Mən komanda ilə deyil, şəxsi mükafatlar qazanan futbolçuları və baş məşqçiləri bəyənmirəm".

Rüstəm


Müəllif: