30 İyul 2015 09:21
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın şimalındakı Qunduz vilayətinin Qale-i Zal və Xanabad rayonlarında "Taliban" yaraqlıları ilə təhlükəsizlik qüvvələri arasında baş vermiş toqquşmalarda 43 nəfər ölüb.

"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, ötən gün axşam saatlarında "Taliban" yaraqlıları Qale-i Zalın müxtəlif bölgələrindəki polis məntəqələrinə hücum ediblər. Nəticədə 31 terrorçu və 2 mülki polis ölüb, 35 hərbçi və 14 mülki polis yaralanıb. Bundan başqa, xeyli sayda silah-sursat ələ keçirilib, 13 yaraqlı zərərsizləşdirilib.

Xanabad rayonundakı qarşıdurmalarda isə 10 terrorçu məhv edilib, 5 yaraqlı yaralanıb.

"Taliban" terror qruplaşması isə öz növbəsində Qale-i Zal rayonundakı qarşıdurmalarda 4 əsgərin öldüyünü, 3 nəfərin yaralandığını açıqlayıb.


Müəllif:

Oxşar xəbərlər