30 İyul 2015 23:45
1 335
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qəbələ" klubu bu gün Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununa çıxacaq.

Qol.Az-ın məlumatına görə, Roman Qriqorçukun komandası Kiprdə "Apollon"un qonağı olacaq.

Daha öncə "Dinamo" (Tiflis) və "Çukariçki"ni (Serbiya) mübarizədən kənarlaşdırmaqla tarix yazan "Qəbələ" bu uğurun davamını gətirmək niyyətindədir. Bunun üçün "qırmızı qaralar" səfərdən sərfəli nəticə ilə qayıtmalıdır.

"Dinamo" və "Çukariçki" ilə səfər görüşlərində rəqibinə uduzan "Qəbələ" cavab matçında həmin məğlubiyyətin əvəzini çıxmağı bacarıb. Qəbələ təmsilçisinin bu dəfə səfərdən hansı nəticə ilə qayıdacağı maraqla gözlənilir. "Apollon" - "Qəbələ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.

30 iyul

Avropa Liqası, III təsnifat mərhələsinin ilk oyunu

22:00. "Apollon" (Kipr) - "Qəbələ" (Azərbaycan) - 1:0 (Birinci hissə)
Qol: Kolokoudias, 14 (1:0)
Hakimlər: Sergey Boyko, Aleksandr Korniyko və Vladimir Volodin (hamısı Ukrayna)
Larnaka. "Antonis Papadopoulos" stadionu.

"Apollon": Bruno Vale, Elizio, Nuno Lopes, Freyra, Simoes Jeyme, Esteban Saçetti, Qullon, Aleks, Joao Pedro, Fotis Papoulis (k), Kolokoudias

Ehtiyat oyunçular: Hidi, Angeli, Stulianou, Farley, Veeler, Thuram, Abraham

“Qəbələ”: Dmitri Bezotosnı, Stankoviç, Rikardinyo, Ürfan Abbasov, Rafael Santos, Rəşad Sadiqov, Cavid Hüseynov (k), Aleksey Qay, Samir Zərgərov, Sergey Zenyov, Aleksey Antonov

Ehtiyat oyunçular: Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Vitali Vernidub, Ermin Zets, Asif Məmmədov, Murad Musayev, Dodo


Müəllif: