31 İyul 2015 10:25
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya futbolunun canlı əfsanəsi Rivaldo yenidən maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə "BrazilStats" məlumat yayıb. Dünyanın ən yaxşı hücumçusu haqda fikirlərini bölüşən ötənlərin məşhur yarımmüdafiəçisi bu məsələdə həmyerlisi Ronaldonu fərqləndirib:

"Ronaldo mənim gördüyüm ən yaxşı hücumçudu. O, Lionel Messi və Kriştiano Ronaldodan daha yaxşı idi. Mənim vaxtımda Messi və Kriştiano bir mövsüm ərzində 50 qol vura bilməzdilər. Sadəcə, onların yığma komandalardakı oyunlarına baxın".

Rivalda daha öncə verdiyi açıqlamada bildirmişdi ki, indi dövrdə oynayasaydı, iki-üç dəfə dünyanın ən yaxşı futbolçusu olardı və hətta mövsüm ərzində 50 qol vurardı".

Rüstəm


Müəllif: