28 May 2014 00:35
1 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov "Neftçi" PFK-nı Azərbaycan Kubokunun qalibi olması münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

“Azərbaycan futbol azarkeşi hər zaman "Neftçi" PFK-nın uğuruları ilə öyünüb. Hələ keçmiş SSRİ dövründə komanda qazandığı uğurlarla ölkəmizi layiqincə təmsil edib. Müstəqillik dövründə artıq Azərbaycan futbolunun "Flaqman"ı olan "Neftçi" daim öz oyun tərzi ilə çempionatımıza rəng qatıb, azarkeşlərə stadionlarda futbol bayramı, ab-havası yaşadıb. Məhz bu komandanı digərlərindən fərqləndirən cəhət də budur. Azərbaycan Kubokunun finalında "Neftçi" PFK-nın qazandığı uğur hər bir "Araz-Naxçıvan" PFK rəsmisi üçün sevinclə qarşılandı. Qazanılan bu uğur münasibətilə "Neftçi" PFK rəhbərliyini - başda Sadıq Sadıqov olmaqla, bu nailiyyətdə xidməti keçən digər klub rəsmilərini və daim komandalarını yalnız qoymayan azarkeşlərini təbrik edirəm”.


Müəllif: