"Bavariya"nın baş məşqçisi Pep Qvardiola karyerasını İngiltərədə davam etdirə bilər.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, "Mançester Siti" klubu baş məşqçisi Manuel Peleqrinini Qvardiola ilə əvəzləmək istəyir.
Mançester təmsilçisinin rəhbərliyi ispaniyalı mütəxəssisə 5 illik müqavilə təklif edib. Qvardiola bu təklifi qəbul edəcəyi təqdirdə "Mançester Siti"də ilinə 20 milyon funt-sterlinq qazanacaq.
Qeyd edək ki, tərəflər arasında razılıq əldə olunarsa, Qvardiola 2016/2017 mövsümündən "Mançester Siti" klubunu çalışdıracaq.